Evdə  soğan saxlamaq   üçün ən yaxşı yer
16 yanvar 2023 19:20 (UTC +04:00)

Evdə soğan saxlamaq üçün ən yaxşı yer

Gələcək üçün alınan soğanın xarab olmaması üçün uyğun temperaturlu yer seçmək lazımdır. Hər şey nəzərə alınarsa və düzgün aparılırsa, soğanı yaza qədər xarab olmadan saxlaya bilərsiniz.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, soğan həddindən artıq isti sevmir, lakin bu tərəvəzə soyuq da mənfi təsir göstərir.

Torlar, corablar və zənbillər soğan saxlamaq üçün ən yaxşı seçim deyil. Mütəxəssislər tərəvəzi qalın kağız və ya parça torbalarda saxlamağı məsləhət görürlər.

Plastik torbalar da tərəvəz saxlamaq üçün uyğun variant deyil. Hava keçirmədikləri üçün içəridə nəm yığılır və çürüməyə başlayır. 

# 15744
avatar

Oxşar yazılar