Qobustanda qardaş qardaşı öldürüb
08 avqust 2012 12:07 (UTC +04:00)

Qobustanda qardaş qardaşı öldürüb

0
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə avqustun 8-də gecə saat 1:00 radələrində Qobustanın Çuxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Səxavət Mirzalı oğlu qardaşı 1982-ci il təvəllüdlü Hümbətov Səyahəti yaşadığı evdə bir neçə bıçaq xəsarəti yetirərək qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilsə də, qətlin dəqiq səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 739

Oxşar yazılar