Ferhat Gündoğdu  həbs olundu: "Hakimlər istintaqı" davam edir
03 oktyabr 2026 11:25 (UTC +04:00)

Ferhat Gündoğdu həbs olundu: "Hakimlər istintaqı" davam edir

0

Türkiyənin İstanbul prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri Bürosu tərəfindən bəzi şübhəlilər barəsində “əzab vermə”, “rəsmi sənəddə saxtakarlıq”, “etimaddan sui-istifadə” və “şəxsi məlumatların qanunsuz ələ keçirilməsi” ittihamları üzrə aparılan “Hakimlər istintaqı” davam edir.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, istintaq çərçivəsində keçirilən əməliyyat zamanı saxlanılan Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu, TFF Fəal Hakimlər Dərnəyinin sədri Ferdi Karadoruk, TFF Mərkəzi Hakimlər Komitəsinin keçmiş sədr müavini Ahmet Şahin, komitənin keçmiş üzvü Yunus Yıldırım, TFF Təhsil və 4-cü Region üzrə məsul şəxsi Sebahattin Şahin, TFF Hakimlər və Müşahidəçilər Dərnəyinin İstanbul şöbəsinin təşkilati məsələlər üzrə məsulu Alican Sağlar, həmçinin İstanbul İl Hakimlər Şurasının sədri Emre Kosifin məhkəmədəki prosedurları başa çatıb.

Məhkəmə Ferhat Gündoğdu, Emre Kosif, Ferdi Karadoruk, Yunus Yıldırım və Alican Sağların həbsinə qərar verib. Sebahattin Şahin və Ahmet Şahin barəsində isə ölkədən çıxışa qadağa qoyulub və müəyyən vaxtlarda imza vermək öhdəliyini nəzərdə tutan məhkəmə nəzarəti tədbiri tətbiq edilib.

Qeyd olunur ki, onlar “əzab vermə” və “rəsmi sənəddə saxtakarlıq” cinayətlərində ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar