Xəstəxanada intihar
23 avqust 2012 09:58 (UTC +04:00)

Xəstəxanada intihar

0
Bakıda intihar hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb.



Xəstəxanada müalicə alan, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Rafiq Tofiq oğlu Əbdürrəhmanov xəstəxananın 4-cü korpusunun 5-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharlın səbəbləri hələlik məlum deyil.



Polisdən həmçinin bildirilib ki, R. Əbdürrəhmanov bir neçə gün əvvəl mədə-bağırsaq qanaxması ilə həmin xəstəxanaya daxil olub.



Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2030

Oxşar yazılar