Milli Qəhrəman Şövqiyar Abdullayev haqqında kitab təqdim olundu - FOTO
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayevin anım mərasimi keçirilib. Lent.az xəbər verir ki, tədbirdə çıxış edən jurnalist Hikmət Məlikzadə Abdullayevin həyat yolundan və dövlət tərəfindən onun qəhrəmanlığına verilən qiymətdən danışıb. Daha sonra Milli Qəhrəmanın atası Cəmil Abdullayev çıxış edərək oğlu ilə bağlı xatirələrini bölüşüb. Tədbirdə eyni zamanda Milli Qəhrəmana həsr olunmuş “Şövqiyar” kitabının təqdimatı da keçirilib. Kitabın müəllifi Natella Asenadır (Hacıyeva). Kitabda Ş.Abdullayevin həyat yolu, keçdiyi döyüş səhnələri və tanıyanların onun haqqında xatirələri yer alıb.
Qeyd edək ki, Şövqiyar Abdullayev 5 aprel 1969-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1989-cu ildə Monqolustanda Sovet Ordusunun tank qoşunları hissəsində hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdıb və könüllü olaraq erməni təcavüzkarlarına qarşı döyüşlərə qoşulub. O, 1992-ci ilin avqustun 27-də Ağdərə rayonu, Sərhəng su hövzəsi yaylağında gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ş.Abdullayevə 5 fevral 1993-cü ildə Milli Qəhrəman adı verilib.

Oxşar yazılar

64 yaşlı kişi 18 yaşlı gənci maşınla vurub öldürdü
2 avqust 2025 , 10:51Məşhur aktrisanın keçmiş əri güllələndi
2 avqust 2025 , 10:40
Bakıda "Wolksvagen"in vurduğu qadın öldü
2 avqust 2025 , 10:33
Bakıda narkotik qəbul edən sürücü saxlanıldı
2 avqust 2025 , 09:43
Mingəçevirdə ağır qəza - Avtomobil yaşlı qadını vurub öldürdü
1 avqust 2025 , 22:04
Xətaidə avtomobil təmiri sexi yandı - VİDEO
1 avqust 2025 , 21:20
Oğru əvvəlcə çılpaq yatan qadına sataşdı, sonra pulqabısını götürüb qaçdı
1 avqust 2025 , 19:59