“Texnikabank”ın sabiq sədrinin həbs müddəti uzadılıb
30 avqust 2012 17:02 (UTC +04:00)

“Texnikabank”ın sabiq sədrinin həbs müddəti uzadılıb

0
Bu gün Səbayel rayon Məhkəməsində “Texnikabank”ın Müşahidə Şurasının həbsdə olan sabiq sədri Etibar Əliyev, bankın Yasamal rayon filialının sabiq müdir müavini Elnur Seyidov və digər 3 əməkdaşının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatət əsasında məhkəmə prosesi keçirilib.



Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, prosesdə hər beş şəxsin barəsində seçilmiş-həbs qətimkan tədbirinin müddətinin 3 ay, yəni dekabrın 6-dək uzadılması barədə qərar qəbul olunub.





Qeyd edək ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 178. 3.1 və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham olunur.



Onu da qeyd edək ki, E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2149

Oxşar yazılar