Maşını oğurlayaraq qəza törətdi
12 sentyabr 2012 11:07 (UTC +04:00)

Maşını oğurlayaraq qəza törətdi

0
Bərdə rayon sakini Bakıda maşın oğurlayaraq, qəza törədib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 3-dən 10-dək olan müddətdə S.Vurğun küçəsində yerləşən avtomobil dayanacağından Bakı şəhər sakini Nəcabət Məmmədovaya məxsus “Subaru” markalı avtomobil qaçırılıb. Sentyabrın 11-i saat 21:10 radələrində 1 May küçəsində aşmış və tamamilə əzik vəziyyətdə tapılıb. Cinayətdə şübhəli bilinən Bərdə rayon sakini Cəfər Əsaszadə Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən yaxalanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1012

Oxşar yazılar