BDU-da Yunus Emre Türk Mədəniyyət Mərkəzi yaradılacaq - FOTO
13 sentyabr 2012 14:57 (UTC +04:00)

BDU-da Yunus Emre Türk Mədəniyyət Mərkəzi yaradılacaq - FOTO

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Yunus Emre İnstitutunun türkologiya üzrə koordinatoru Yasin Tunçu qəbul edib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rektor BDU-nun yaranma tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb. Yasin Tunç təmsil etdiyi Yunus Emre İnstitutu barədə məlumat verib. BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Qeyd edək ki, Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatandan sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub, o cümlədən “Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında “Türkologiya layihəsi” üzrə Əməkdaşlıq Protokolu” imzalanıb.

Yasin Tunç Yunus Emre İnstitutunun dünyanın 24 şəhərində türk dilinin və mədəniyyətinin öyrənilməsi və araşdırmasına xidmət edən Yunus Emre Türk Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi barədə məlumat verərək, belə bir mərkəzin BDU-da da yaradılması məsələsinə toxunub.

Rektor Abel Məhərrəmov BDU-da belə Mərkəzlərin fəaliyyət göstərdiyini qeyd edərək, Yunus Emre Türk Mədəniyyət Mərkəzinin BDU-da yaradılmasını türk dilinin və mədəniyyətinin öyrənilməsi və təbliği üçün önəmli addım olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197

Oxşar yazılar

Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı

Şəmkirdə çay evi yandı

3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü

Astarada tur rəhbəri dağda yıxılıb öldü

2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını  öldürdü

Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü

2 avqust 2025 , 19:33
Jurnalistə qarşı  dələduzluqla bağlı   məhkəmədən QƏRAR

Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR

2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu

Kür çayında yeniyetmə boğuldu

2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb  öldü

Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü

2 avqust 2025 , 17:14