Balakəndə qəza: piyada öldü
16 sentyabr 2012 17:43 (UTC +04:00)

Balakəndə qəza: piyada öldü

0
Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ölümlə nəticələnən yol qəzası rayonun Qabaqçöl qəsəbəsi ərazisində baş verib.

Balakən rayonu Meşəşanbul kənd sakini, 1982-ci il təvəllüdlü Hüseyinov Mahir İsmayıl oğlu idarə etdiyi “Mercedes” markalı, 99 CP 231 dövlət nişan nömrəli avtomobillə yolun kənarındakı piyada, rayonun Yeni Şərif kənd sakini, 1933-cü il təvəllüdlü Yekəyev Həsən Əyyub oğlunu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 79 yaşlı qoca hadisə yerində ölüb.

Fakla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1320

Oxşar yazılar