Dünya bu gün
24 sentyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0
1801. Rusiya Borçalını (indiki Gürcüstanın şərqi) işğal edib

1884. Alman silah konstruktoru Üq Şmayser anadan olub. Məşhur Kalaşnikov avtomatı da onun “STG 44” markalı silahının bazasında yaradılıb

1919. Azərbaycan ordusunun mövqe batareyalarının ştatı müəyyən edilib

1920. Azərbaycan İnqilab Komitəsi mədən və zavodların dövlət mülkiyyəti elan edilməsi haqda dekret verib

1932. Hindistanda toxunulmazlar kastası seçki hüququ əldə edib

1947. Hindistanda müsəlman köçkünləri daşıyan qatar atəşə tutulması nəticəsində 1200 nəfər həlak olub

1948. “Honda” şirkəti təsis olunub

1958. Azərbaycan SSR-in xarici işlər naziri Mahmud Əliyev vəfat edib

1970. “Luna 16” orbital stansiyası yerə Ay süxurları gətirib

1973. Qvineya Bisau müstəqilliyini elan edib

1980. İran İraq müharibəsi başlayıb

1980. Əfqan mücahidlər bir ayda 1500 sovet əsgərini məhv etdiklərini bəyan ediblər

1981. Ermənilər Türkiyənin Parisdəki konsulluğuna hücumu nəticəsində 1 əməkdaş həlak olub, konsul isə ağır yaralanıb

1989. Papa II İohan Pavel Qalileyin haqlı olduğunu təsdiq edib

1992. Azərbaycan Respublikası İndoneziya ilə diplomatik əlaqələr qurub

1994. Azərbaycan MDB-yə üzv olub

1996. “Nüvə sınaqlarının qadağan edilməsi haqqında Saziş” imzalanmaq üçün açıq elan edilib

1998. Fransız həkimlər tarixdə ilk dəfə olaraq insan əlini transplantasiya edib

2008. Bakıda dünya gənclərinin 4-cü məşğulluq Sammiti (YES) keçirilib.

Günün aforizmi

“Əsl hərbi görkəmi və nümunəvi nizam-intizamı ilə hamıda güclü təəssürat yaradan dəstə zəngin hərbi qənimətlə Lənkəran və Muğanı əzizimiz Azərbaycanın ağuşuna qaytardı, zülm və anarxiyadan əziyyət çəkən əhalini sakitləşdirdi və əmin-amanlığı təmin etdi”.

Mehmandarovun 19 sentyabr 1919 tarixli əmrindən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 851

Oxşar yazılar