“Azərbaycanda kibercinayətkarlıq halları artıb”
APA-nın məlumatına görə, bunu ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən “Kibertəhlükəsizliyə hərtərəfli yanaşma” mövzusunda seminarda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Kərim Kərimov bildirib.
Nazirlik nümayəndəsinin sözlərinə görə, son vaxtlar çirkli pulların yuyulması, kredit kartlarından oğurluq, transmilli cinayətkar qrupların bir neçə ölkə ərazisində bir-birilərini tanımadan birgə fəaliyyəti ilə bağlı cinayətlərin artması halları qeydə alınıb.
K. Kərimov bildirib ki, nəzarətdən kənar, qanunsuz rabitə kanallarının təşkil edilməsi, kompüter şəbəkələri vasitəsi ilə informasiyaların məhvi, təcrid olunması, dezinformasiyaların verilməsi, ideoloji təbliğat aparılması, pozuculuq mahiyyətli məlumatların verilməsi, bank-maliyyə fırıldaqları, terror barədə bilərəkdən yalan məlumatların verilməsi halları da davam edir.
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanın ərazisi işğala məruz qalıb, ölkədə 1 milyona yaxın qaçqın və köçkün var. Onların arasında vətənpərvər ruhlu gənclərin olduğunu diqqətə çatdıran nazirlik nümayəndəsinin sözlərinə görə, öz etirazlarını bildirən həmin şəxslərlə bağlı 1998-2000-ci illərdə bir neçə insident baş verib: «İnternetdə axtarış verəndə bununla bağlı məlumatlar çıxır. Araşdırmalar göstərib ki, bu insidentin yaranması qonşu dövlətin nümayəndələri Azərbaycanın milli forumlarında, çatlarında qızışdırıcı münasibətlər yaradaraq, həmin gəncləri bu işə sövq ediblər. Çıxarılan İP ünvanlar da bunu sübuta yetirdi».
K. Kərimov bank-maliyyə fırıldaqları ilə üzləşmiş bəzi zərərçəkmiş şəxslərin bununla bağlı məlumat verməkdən çəkindiklərini də söyləyib. Bu da öz növbəsində cinayətkarların daha da fəallaşmasına imkan yaradır.

Oxşar yazılar

Ucarda qəza-Xəsarət alanlar var -FOTO
6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54