Nobel prospektində yol qəzası
08 iyun 2009 16:30 (UTC +04:00)

Nobel prospektində yol qəzası

Hadisə nəticəsində 3 nəfər yaralanıb

Bu gün saat 09.00 radələrində Bakının Xətai rayonu ərazisində – Nobel prospektində, “Nargilə” kafesinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. 31 BB 724 dövlət nömrə nişanlı, “VAZ-2106” markalı və 10 KP 889 dövlət nömrə nişanlı, “VAZ-2109” markalı avtomobillərin toqquşub. Hadisənin şahidləri Lent.az-a bildirib ki, “VAZ-2109”da olan azyaşlı uşaq da yüngül xəsarət alıb.

Xətai rayon Polis İdarəsindən faktı Lent.az-a təsdiqləyiblər. Lakin idarədən bildirilib ki, hadisə nəticəsində hər iki avtomobildə yalnız sürücü olub. Hadisə nəticəsində onların hər ikisi xəsarət alıb, avtomobillər də əzilib.

Faktla bağlı araşdırma aparılır.

Pərvin ABBASOV
# 912

Oxşar yazılar