Dövlət Bayraq Meydanında bayraq dirəyindəki nasazlıqla bağlı rəsmi açıqlama
02 fevral 2011 19:53 (UTC +04:00)

Dövlət Bayraq Meydanında bayraq dirəyindəki nasazlıqla bağlı rəsmi açıqlama

0
APA-nın nazirliyin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, fevralın 2-də Bakı vaxtilə gecə saat 3 radələrində güclü küləyin əsməsi nəticəsində Dövlət Bayraq Meydanında texniki xidmətlər tərəfindən bayraq dirəyində titrəmə halları müəyyən edilib. Mütəxəssislər tərəfindən dərhal zəruri, təxirəsalınmaz təhlükəsizlik və profilaktik tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində səhər saat 6.30 radələrində dirəyin titrəyişləri nizamlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 745

Oxşar yazılar