Başqasının torpağını satdı, həbs olundu
05 fevral 2011 13:41 (UTC +04:00)

Başqasının torpağını satdı, həbs olundu

0
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı sakini Əliyev İlqar Əlövsət oğlu Sulutəpə qəsəbəsi, Yeni Massivdəki 30 sot torpaq sahəsini 1968-ci il təvəllüdlü Namazov Rafiq Əli oğluna satıb.

İ.Əliyev satdığı torpağın müqabilində R.Namazovdan 25 min manat alıb.

Lakin sonradan torpaq sahəsinin əslində digər paytaxt sakini Bədəlova Lalə Əli qızına məxsus olduğu üzə çıxıb. Aparılan araşdırmalardan sonra İ.Əliyevin torpağı saxta sənədlə satdığı məlum olub və o, həbs olunub.

Araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 765

Oxşar yazılar