Yol qəzasında yanan şəxslərin adları məlum oldu
11 fevral 2011 11:18 (UTC +04:00)

Yol qəzasında yanan şəxslərin adları məlum oldu

0
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi yaxınlığında baş verən qəzada “Reno” markalı avtomobilin sürücüsü, 1965-ci il təvəllüdlü Hacıağa Məmmədov və onun sərnişini, 1974-cü ildə anadan olmuş Zöhrab Ağayev yanaraq həlak olublar.

“Reno” ilə toqquşan “Mercedes”in sürücüsü Elsevər Məmmədov və daha iki sərnişin isə ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 634

Oxşar yazılar