Bakıda və Siyəzəndə meyit tapılıb
12 fevral 2011 13:41 (UTC +04:00)

Bakıda və Siyəzəndə meyit tapılıb

0
Fevralın 11-də Bakıda və Siyəzəndə meyit tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 11-də saat 8:10 radələrində Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində üzərində zorakılıq əlamətləri olmayan 30-35 yaşlı kişi meyiti tapılıb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Fevralın 11-də saat 10:00 radələrində isə Siyəzən rayonu ərazisində, Samur-Abşeron su kanalında Bakı şəhər sakini Mircəlil Rzayevin üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar