Bakıda mebel salonu yanıb
22 fevral 2011 17:55 (UTC +04:00)

Bakıda mebel salonu yanıb

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 120 kvadrat metr olan birmərtəbəli 3 otaqlı fərdi ev tamamilə yanıb.
Digər hadisə isə paytaxtın Nizami rayonunda baş verib. Ümumi sahəsi 1620 kvadrat metr olan “Savalan” mebel salonunun üçmərtəbəli yumşaq mebel hazırlanan sexinin rəngləmə sahəsində mebel məmulatları və avadanlıqları 300 kvadrat metr sahədə yanıb.

Hadisə yerinə xeyli yanğınsöndürmə briqadaları cəlb edilib və alovun daha geniş miqyas almasının qarşısı alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 912

Oxşar yazılar