Bakı metrosunda qatarlar dayandı
23 fevral 2011 10:28 (UTC +04:00)

Bakı metrosunda qatarlar dayandı

0
Sərnişinlərin Lent.az-a verdiyi məlumata görə, hər iki istiqamətdə qatarlar 12-15 dəqiqə tuneldə qalıb.

Xəbəri Metropoliten İdarəsindən də təsdiqlədilər. İdarənin baş mühəndisi Elbrus Muradov Lent.az-a açıqlamasında bildirdi ki, metronun “Nərimanov” və “Gənclik” stansiyaları arasında texniki problem yaranıb və həmin istiqamətdə hərəkət edən qatar dayanıb.

E.Muradov həmçinin bildirdi ki, artıq problem aradan qaldırılıb və normal gediş-gəliş təmin olunub.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 487

Oxşar yazılar