Bakıda 8 ailənin evi külə döndü
0
0
Fevralın 28-də saat 20:30 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində yanğın baş verib. Lent.az-ın məlumatına görə, qəsəbənin Kəşfiyyatçılar məhəlləsində 20 ailənin yaşadığı iki mərtəbəli kommunal yaşayış binasından yanğın olub. Yanğın 200 kvadrat metrdən çox ərazini əhatə edib və Fövqəladə Hallar Nazirliyinin bir neçə briqadası hadisə yerinə cəlb olunub.
Bina taxta konstruksiyalardan tikildiyindən yanğının qarşısını almaq xeyli çətin olub və 8 mənzil tamamilə yanaraq kül olub. Həmin mənzillərdə yaşayan şəxslər təhlükəsiz yerlərə və qohumlarının evlərinə köçürülüb.
Hadisə nəticəsində 1 nəfər də xəsarət alıb. Belə ki, mənzilindən ev əşyalarını çıxarmaq istəyən 1971-ci il təvəllüdlü Əfəndiyeva Tatyana İsmayıl qızı yanıq xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Əraziyə FHN-nin Yanğından Mühafizə Xidmətinin briqadaları saat 22.00 radələrində yanğının qarşısını almağa müvəffəq olub.
Qeyd edək ki, yanan bina Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansındadır.
Hadisənin səbəbləri araşdırılır.
Nizam Rza