9 nəfərlik cinayətkar dəstə zərərsizləşdirilib
01 mart 2011 13:10 (UTC +04:00)

9 nəfərlik cinayətkar dəstə zərərsizləşdirilib

0
Kəpəz rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 9 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri tutulub. Dəstənin digər 2 üzvü haqqında da axtarış elan olunub.

Dəstə üzvləri əsasən Gəncə, Bakı, Göygöl, Goranboy, Ağdam və Bərdə şəhərlərində poçt məntəqələrini, aptekləri və mağazaları qarət ediblər. Dəstə üzvləri sonuncu dəfə həyata keçirdikləri oğurluq zamanı təhlükəsizlik kamerasına düşüblər və bununla da onları yaxalamaq mümkün olub.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar