Neft Şirkətinin işçisi qüllədən yıxıldı
02 mart 2011 11:17 (UTC +04:00)

Neft Şirkətinin işçisi qüllədən yıxıldı

0
Martın 1-də Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb. Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, şirkətin əməkdaşı, 1954-cü l təvəllüdlü Musayev Fikrət Mədət oğlu Qum adasındakı neft buruqlarının birində neft quyusunun üzərindəki qüllədən yıxılıb.

57 yaşlı kişi hündürlükdün yıxılması nəticəsində ağır bədən xəsarətləri alıb və hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma başlanılıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar