“BMW” yanacaqdoldurma məntəqəsinə çırpılıb: 1 ölü
03 mart 2011 10:15 (UTC +04:00)

“BMW” yanacaqdoldurma məntəqəsinə çırpılıb: 1 ölü

0
Xəzər rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1969-cu il təvəllüdlü Mehdiyev Mahir Məmmədhüseyn oğlunun idarə etdiyi 10 DO 006 nömrə nişanlı “BMW” Mərdəkan yolunun şəhərinə mərkəzinə gələn hissəsində qəzaya uğrayıb. Belə ki, sürətlə hərəkət edən avtomobil sürücünün idarəetməsindən çıxıb və yolun sağındakı “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çırpılıb.

Qəza nəticəsində sürücü M.Mehdiyev hadisə yerində ölüb. Yanacaqdoldurma məntəqəsində partlayış və yanğın təhlükəsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 879

Oxşar yazılar