Bakı avtovağzalında qəza: 45 yaşlı kişi öldü
03 mart 2011 10:21 (UTC +04:00)

Bakı avtovağzalında qəza: 45 yaşlı kişi öldü

0
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avtovağzalın içərisindəki piyada və nəqliyyat vasitələrinin istifadə etdiyi zolaqda “Ford Transit” markalı mikroavtobus piyadanı vurub.


Yüksək sürətlə hərəkət edən 14 BB 681 nömrə nişanlı mikroavtobus 1966-cı il təvəllüdlü Məmmədov Ramazan Təyyar oğlunu vurub.


45 yaşlı piyada təcili olaraq Kliniki Tibbi Mərəzə çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma başlanılıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 526

Oxşar yazılar