Atəşkəs 3 istiqamətdə pozulub
03 mart 2011 10:36 (UTC +04:00)

Atəşkəs 3 istiqamətdə pozulub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 2-də saat 13.20-dən 13.40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 19.30-dan 19.35-dək və martın 3-də 05.00-dan 05.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vozaşen kənlərindən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızıl Hacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 473

Oxşar yazılar