“Azərkimya”nın zavodunda yanğın olub
03 mart 2011 12:08 (UTC +04:00)

“Azərkimya”nın zavodunda yanğın olub

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Azərkimya” Dövlət Şirkətinə məxsus Etilen-Polietilen zavodunun sexlərindən birində polimer ayaqaltılar 200 kvadrat metr sahədə yanıb.

Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimala görə, yanğın texnoloji prosesin pozulması nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar