Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Elşad Saday oğlu Əhədov
04 mart 2011 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Elşad Saday oğlu Əhədov

0
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

Elşad Saday oğlu Əhədov 1968-ci il martın 4-də Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub. Həyatını Azərbaycan xalqının erməni təcavüzündən qorunmasına sərf edən gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisində başlayıb və sonra Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayadan keçib. Beyləqanın müdafiəsində böyük rol oynayıb. Elşad Əhədovun son döyüşü 1993-cü il dekabrın 11-də Ağdaş yüksəkliyində olub. O, bu döyüşdə ağır yaralanıb və həkimlərin səyinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmayıb.

Elşad Əhədov Təzə Alvadı kəndində dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1155

Oxşar yazılar