Bakıda yeni sinaqoq tikilib
04 mart 2011 12:51 (UTC +04:00)

Bakıda yeni sinaqoq tikilib

0
APA-nın Yəhudi Xəbərləri Agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov inşa olunan sinaqoqa baş çəkib.

O bildirib ki, ötən il oktyabrın 27-də başlanan tikinti işləri başa çatıb.

“Prezident İlham Əliyevin dəstəyi nəticəsində qısa müddətdə gözəl sinaqoq inşa edilib. Üç mərtəbəli binada böyük ibadət zalı, yemək otağı, kitabxana və inzibati otaqlar yerləşir”, - deyə S. İxiilov bildirib.

Hazırda sinaqoqun lazımi avadanlıq və mebellə təchizatı aparılır. S. İxiilovun sözlərinə görə, sinaqoqun rəsmi açılışı 3-4 həftədən sonra olacaq.

Xatırladaq ki, yeni sinaqoq Bakıda salınacaq Qış Bulvarının ərazisində olan sinaqoqun əvəzinə inşa edilib. Yeni sinaqoq istifadəyə veriləndən sonra əvvəlki sinaqoq söküləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1380

Oxşar yazılar