Motosiklet “Vaz 21-06”la toqquşdu: 1 yaralı
05 mart 2011 16:17 (UTC +04:00)

Motosiklet “Vaz 21-06”la toqquşdu: 1 yaralı

0
Bu gün səhər saatlarında Xaçmaz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz rayon Yergüc kənd sakini, 28 yaşlı Şamil Hüseynov idarə etdiyi “Vosxod 3 M- 01” markalı motosikletlə yolun kənarında dayanan “Vaz 21 06” markalı avtomaşına çırpılıb.

Qəza nəticəsində Ş.Hüseynov ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 754

Oxşar yazılar