Bakıda oğru “iş başında” öldü
18 mart 2011 10:51 (UTC +04:00)

Bakıda oğru “iş başında” öldü

0
Martın 18-nə keçən gecə Bakıdakı zavodlardan birində ölüm hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qala qəsəbəsi ərazisində yerləşən Bakı Neft-Qaz-Mədən Avadanlıqları zavodunun ərazisindəki elektrik yarımstansiyasında kişi meyiti tapılıb.


Sonrakı araşdırmalar zamanı məlum olub ki, ölən şəxs paytaxt sakini, 1968-ci il təvəllüdlü İsmayılov Elşən Yolçu oğludur. O da məlum olub ki, E.İsmayılov zavodunun ərazisinə oğurluq məqsədi ilə gəlibmiş. O yarımstansiyadakı qiymətli metalları və yüksək ötürücülü naqilləri kəsərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 596

Oxşar yazılar