Bakıda 25 yaşlı oğlan ürəyindən vurularaq öldürülüb
26 mart 2011 11:05 (UTC +04:00)

Bakıda 25 yaşlı oğlan ürəyindən vurularaq öldürülüb

0
Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Keşlə qəsəbəsi Əfqani küçəsi 14-ün qarşısında 1988-ci il təvəllüdlü Ramin Babayev 1986-cı ildə anadan olmuş Nəzərli Taleh Həsənağa oğlunu öldürüb. O, mübahisə zəminində özündən 2 yaş böyük T.Nəzərlinin döş qəfəsinə bıçaqla zərbə endirib.

Ürəyindən yaralanan T.Nəzərli Əfəndiyev adına xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 611

Oxşar yazılar