4 nəfər bıçaqlanıb
30 mart 2011 13:38 (UTC +04:00)

4 nəfər bıçaqlanıb

0
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhərində Elşad Babayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı hadisənin martın 28-də saat 23 radələrində həmyerlisi Elnur Qasımov tərəfindən törədilməsi məlum olub.


Ağcabədi də isə Ceyhun Rüstəmov və Yalçın Şıxəliyevə bıçaqla xəsarət yetirən Avşar kənd sakini Sərvan Vəliyev tutulub. Belə ki, futbol oynadıqdan sonra S.Vəliyev qonşu kəndin sakini olan hər iki gənci bıçaqlayaraq qaçsa da, polislər onu tutmağa müvəffəq olub.


Masallı da isə Ülvi Hüseynovu bıçaqlamış İbrahim Hüseynbəyli saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 665

Oxşar yazılar