Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Qorxmaz Abış oğlu Eyvazov
0
0
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.
Qəhrəmanlar unudulmur!
Qorxmaz Abış oğlu Eyvazov 1967-ci il aprelin 1-də Laçın rayonunun Güləbird kəndində doğulub. O, polis nəfəri kimi bir çox döyüşlərdə iştirak edib, Qazdərəsi, Suarası, Mazutlu kəndlərindəki döyüşlərdə xüsusi fərqlənib, Qızartı dağı uğrunda gedən döyüşlər zamanı onun bacarığı nəticəsində düşmənin bir tankı ələ keçirilib. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə də qəhrəmanlıq göstərib. 1994-cü il fevralın 10-da Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi yaxınlığında gedən döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, lakin özü də həlak olub. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Laçın rayonu Güləbird xəstəxanası onun adını daşıyır.