Möcüzə: Xaçmazda ev yandı, Qurana heç nə olmadı!
Aprelin 1-i səhər saatlarında Xaçmaz rayonunda yaşayış evi yanıb. Yanğın rayonun Xaspoladoba kəndində qeydə alınıb.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın nəticəsində kənd sakini, 1976-cı il təvəllüdlü Coşğun Xalidova məxsus bir mərtəbəli yaşayış evi yanıb. Yanğın baş verən zaman evdə heç kim olmayıb. Bu səbəbdən xəsarət alan olmayıb. Qonşular dərhal Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinə yanğın barədə məlumat verib. Alovun söndürülməsinə iki yanğınsöndürən maşın cəlb olunub.
Yaşayış evinin 50 kvadratmetrlik hissəsi tamamilə yanaraq külə dönüb. Evdə müqəddəs Quran kitabı və dini əşyalar olan hissəsinə isə heç bir zərər dəyməyib. Ev sahibləri yanan alovun içərisində olan müqəddəs kitabın yanmamasını Allah möcüzəsi hesab edir.
İlkin ehtimallara görə, yanğın elektrik xətlərində baş verən qısaqapanma nəticəsində baş verib.
Vəli Turan

Oxşar yazılar

Aytən Səfərovaya cinayət işi açıldı
12 avqust 2025 , 10:37
Masazırda 2 yaşlı uşağı it dişlədi -FOTOLENT
12 avqust 2025 , 10:35
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi
12 avqust 2025 , 10:26
Kəlbəcərdə yük maşını aşdı, ölən var
12 avqust 2025 , 10:22
Qubada DƏHŞƏT: kişi evində yanaraq öıdü
12 avqust 2025 , 09:33
Azərbaycanda əkin sahələrini yandıran 2 nəfər SAXLANILDI
12 avqust 2025 , 09:12
Güclü yanğın: Yüzlərlə insan təxliyə edildi
12 avqust 2025 , 07:09