Bakıda saxta pul kəsən 5 nəfər tutulub
01 aprel 2011 11:46 (UTC +04:00)

Bakıda saxta pul kəsən 5 nəfər tutulub

0
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Natiq Yaqubovdan, Cəmilə İsmayılovadan, Faiq Ağayevdən, Rahib Əliyevdən və Bərdə rayon sakini Ədalət Abbasovdan 1 ədəd saxta 100 manatlıq, 9 ədəd saxta 50 manatlıq, 8 ədəd saxta 20 manatlıq əskinaz, 6 ədəd bir üzü çap olunmuş 20 manatlıq əskinaz və 2 ədəd kartric götürülüb.

Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1194

Oxşar yazılar