Bakıda polis leytenantı bıçaqlanıb
01 aprel 2011 11:57 (UTC +04:00)

Bakıda polis leytenantı bıçaqlanıb

0
Martın 31-də Bakıda polis əməkdaşına bıçaqla xəsarət yetirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsinin ərazisində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan 1 kiloqram 5,7 qram heroin götürülüb. Saxlanılan zaman o, özünə bıçaqla xəsarət yetirməyə cəhd edib. Cəhdin qarşısını alan polis idarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Ramin Mehdiyev əlindən yaralanıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 491

Oxşar yazılar