“Mersedes”lə “VAZ 2107” toqquşdu: 2 yaralı
0
0
Bu gün saat 13:20 radələrində Bakı-Quba yolunun 165-ci kilometrliyində, Quba şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Quba rayonu İqriq kənd sakini, 28 yaşlı Adil Əmrahovun idarə etdiyi 50 BZ 530 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil, Quba rayonu Timiryazev qəsəbə sakini, 31 yaşlı Saleh Əhmədovun idarə etdiyi 40 BG 666 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü A. Əmrahov və həmin avtomobildə olan sərnişin, 1939-cu il təvəllüdlü Quba rayonu İqriq kənd sakini Sabir Manafov müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Cərrahiyyə şöbəsinin müdiri Gəray Qurbanovun Lent.az-a verdiyi məlumata görə, Sabir Manafovun vəziyyəti digər xəstəyə nisbətən ağırdır. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin baş müstəntiqi Hikmət Kərimov verdiyi məlumata görə, qəzaya “Mercedes”in sürücüsünün dönmə əməliyyatını düzgün həyata səbəb keçirməməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Vəli Turan