“Yaponiyadakı qəza Azərbaycanın radiasiya fonuna təsir etməyəcək”
02 aprel 2011 12:23 (UTC +04:00)

“Yaponiyadakı qəza Azərbaycanın radiasiya fonuna təsir etməyəcək”

0
APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Yaponiyanın “Fukusima” Atom Elektrik Stansiyasında (AES) baş verən qəzanın Azərbaycanda radiasiya fonuna təsiri ilə bağlı sualı cavablandırarkən bildirib. Nazir deyib ki, Yaponiyada baş verən qəza ölkənin radiasiya fonuna təsir etməyəcək. Buna baxmayaraq, təhlükəsizlik baxımından ölkədəki radioaktiv fon nəzarətdə saxlanılır: “Ölkədəki radiasiya fonu tək yerli cihazlarla deyil, Beynəlxalq Atom Enerjisi Agentliyinin köməyi ilə Azərbaycanın nüvə texnologiyalarından istifadə edən qonşu dövlətlərlə sərhədlərində quraşdırılan 6 çox müasir stansiya tərəfindən izlənilir”.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda radioaktiv fon norma daxilində dəyişilir: “Hazırda Azərbaycanın ayrı-ayrı regionlarında təbii radioaktiv fon fərqlidir. Bu göstərici 10 vahiddən 26 vahidədək dəyişir. Çox yerlərdə isə göstəricilər təbii radioaktiv fondan aşağıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 545

Oxşar yazılar