Aksiya iştirakçıları BŞBPİ-nin keçmiş binası yaxınlığına toplaşıb
02 aprel 2011 16:16 (UTC +04:00)

Aksiya iştirakçıları BŞBPİ-nin keçmiş binası yaxınlığına toplaşıb

0
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, aksiya keçirməyə cəhd edən bir qrup şəxs Təzə Bazarın qarşısından Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) istiqamətində hərəkət ediblər. Qrup müxtəlif şüarlar səsləndirən zaman Ə. Qurbanlı və daha bir neçə nəfər polis tərəfindən saxlanılıb. Hazırda aksiya iştirakçıları qrup halında BŞBPİ-nin keçmiş binası yaxınlığındadırlar. Qeyd edək ki, AXCP sədri Əli Kərimlinin evi də orada yerləşir.

Əlavə edək ki, AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və Asəf Quliyev, AXCP funksioneri Xaliq Bahadır, AMİP sədrinin müavini Əli Orucov və digər şəxslər də saxlanılıblar.

Ümid Partiyası İctimai Palatanın “Fəvvarələr” meydanında aksiya keçirməsinə imkan verilməməsini və bir neçə aksiya iştirakçısının həbs olunmasını pisləyən bəyanat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar