Yol kənarından naməlum kişi meyiti tapıldı
03 aprel 2011 23:20 (UTC +04:00)

Yol kənarından naməlum kişi meyiti tapıldı

0
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyev lent.az-a verdiyi məlumata görə, hadisə aprelin 3-də gecə saat 4:00 radələrində yolun 278-ci kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb.

Məlumata görə ,yolun sağ ehtiyat hissəsindən təxminən 30-35 yaşlarında şəxsiyyəti müəyyənləşməyən kişi meyiti tapılıb.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsində meyit müayinə edilərkən onun üzərində müxtəlif xəsarətlər aşkar edilib. Onun nəqliyyat vasitəsi tərəfindən vurulduğu güman edilir.

BDYPİ-nin və Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsin başqa bir yerdə avtomobillə vurulması və ya digər formalarda öldürülməsi versiyası üzərində də iş aparır.

Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi və naməlum nəqliyyat vasitəsinin tapılması istiqamətində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar