Bakıda ata və qızını maşın vurdu
05 aprel 2011 09:49 (UTC +04:00)

Bakıda ata və qızını maşın vurdu

0
Aprelin 4-də Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yusif Səfərov küçəsində hərəkət edən 10 XR 137 nömrə nişanlı “VAZ 2107” yolu keçmək istəyən ata və qızını vurub.

Nəticədə 1962-ci il təvəllüdlü Mustafayev Əlisəfa Osman oğlu və onun 23 yaşlı qızı Aytac ağır xəsarət alıb. Yaralılar təcili olaraq yaxınlıqdakı “Neftçilər” xəstəxanasına aparılıb.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 605

Oxşar yazılar