ŞOK: Cəlilabadda cəbhəçinin oğlu polisin oğlunu öldürdü!
0
0
Bu gün saat 12:30 radələrində Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Cəlilabad şəhər 7 saylı məktəbin şagirdi, 1996-cı il təvəllüdlü Mirələmov Vasif Təzəxan oğlu 1995-ci ildə anadan olmuş Həsənli Cavanşir Həsən oğlunu öldürüb. 8-ci sinif şagirdi olan V.Mirələmov 10-cu sinifdə oxuyan Cavanşirə bıçaqla zərbə endirib. Bıçaq 16 yaşlı şagirdin qara ciyərini zədələdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, qətli törətmiş 15 yaşlı V.Mirələmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad şöbəsinin rəhbəri Təzəxan Mirələmovun oğludur.
Öldürülən yeniyetmə isə rayon Polis Şöbəsinin əməkdaşlarından birinin övladıdır. Hər iki məktəbli mübahisə ediblər və nəticədə qanlı olay meydana çıxıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Nizam RZA