Avtomobillərin təkərlərini oğurlayanlar tutuldu
07 aprel 2011 14:30 (UTC +04:00)

Avtomobillərin təkərlərini oğurlayanlar tutuldu

0
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rəsulzadə qəsəbəsi ərazisində Natella Osmanovaya məxsus “VAZ 2107” markalı maşının ehtiyat təkəri və oradakı digər əşyalar oğurlanıb. Görülən tədbirlər nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri - Kamil Qocayev tutulub, Saqif Baxışov isə müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, bu oğurluq onların ilk işi deyil. Onlar Bakı şəhər sakini Ceyhun Zeynalova məxsus “VAZ-2107” markalı avtomaşının yük yerindən də ehtiyat təkəri və 250 manat dəyərində xırdavat malları oğurlayıblar.

Araşdırmalar davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar