Binəqədinin hərbi komissarı rüşvətdə və səlahiyyət həddini aşmaqda günahlandırılır
0
0
Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon hərbi komissarı Feyzi Ağabəyovun barəsində Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) və 341.1-ci (hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham elan olunub.
0
0