Günün tarixi
09 aprel 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1336. Əmir Teymur anadan olub

1588. Türk memarı Memar Sinan vəfat edib

1667. Dünyada ilk dəfə Parisdə ictimaiyyətə açıq olan incəsənət sərgisi keçirilib

1920. ADR-in poçt və teleqraf naziri sosialist C.Hacınski istefa verib

1929. Azərbaycan Kommunist Partiyası “din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək” adı ilə “Molla Nəsrəddin” jurnalını Mübariz Allahsızlar İttifaqının orqanına çevirmək barədə qərar verib

1935. Sovet-alman ticarət sazişi imzalanıb

1938. Rus siyasi xadimi Viktor Çernomırdin anadan olub

1946. Aktyor Ceyhun Mirzəyev anadan olub

1957. Süveyş kanalı tullantı və palçıqdan təmizlənərək təkrarən gəmilər üçün açılıb

1966. Vatikan 1559-dan bəri tətbiq edilən “Qadağan olunmuş kitablar” siyahısını ləğv edib. Bu siyahıda Bruno, Balzak, Volter və Didro kimi mütəfəkkirlər də vardı

1972. SSRİ və İran arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb

1989. Sovet ordusu Tiflisdə dinc nümayişi dağıdıb. Hadisə nəticəsində 19 nəfər həlak olub, çox sayda insan basabasda xəsarət alıb

1991. Gürcüstan Ali Soveti “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib

2003. İraqda 24 illik Səddam Hüseyn rejimi devrilib

2009. Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana rəsmi səfərə gəlib

2009. Türk iş adamları və tələbələr Bakıda nümayiş keçirib. Nümayiş iştirakçıları Türkiyə-Ermsənistan sərhədlərinin açılmasına qarşı çıxıblar

2009. “Azadlıq” qəzetinin jurnalisti Mirzə Sakit amnistiyaya düşüb.

Günün aforizmi

“İşsizlik və avaralıq təkcə cəhalət yaratmaqla qalmır, onlar eyni zamanda xəstəlik mənbəyidir”.

İbn Sina
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 651

Oxşar yazılar