Goranboy və Qazaxda ağır qəza: 2 ölü, 3 yaralı
0
0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Qaradağlı kəndi ərazisində kənd sakini Vüsal Orucovun idarə etdiyi "VAZ 21011" markalı və Yolqullar kənd sakini Elyar Allahverdiyevin idarə etdiyi "Toyota-Camry" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış V.Orucov xəstəxanaya aparılarkən yolda ölüb. Xəsarət almış E.Allahverdiyev və sərnişin, Qaradağlı kənd sakini Elgün Quliyevə xəstəxanaya aparılıb. Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Aprelin 7-də daha bir ölümlə nəticələnən yol qəzası saat 20.00 radələrində Qazax rayonunun Xanlıqlar kəndinin ərazisində baş verib. Qazax sakini Emin Mustafayev idarə etdiyi "Ford" markalı avtomobil kənd sakini Gülnarə Məmmədovanı vurub.
Nəticədə G.Məmmədova aldığı xəsarətdən hadisə yerində ölüb. Maşının çırpılması nəticəsində avtomobildə olan E.Mustafayevin sərnişini, Qazax rayon sakini İbrahim Bağırov xəsarət alıb. O, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağı Qazax RPŞ tərəfindən araşdırma aparılır.