Yasamalda 16 mərtəbəli binada yanğın: yaralanan var
08 aprel 2011 13:07 (UTC +04:00)

Yasamalda 16 mərtəbəli binada yanğın: yaralanan var

0
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.

Hadisə bu gün saat 11.00 radələrində Tbilisi prospekti, 86 ünvanında qeydə alınıb. 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə meydana gələn yanğın nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı tezliklə alınıb.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 589

Oxşar yazılar