Müxalifətçilər Bakının polis rəisi və prokuroru ilə görüşüblər
08 aprel 2011 13:22 (UTC +04:00)

Müxalifətçilər Bakının polis rəisi və prokuroru ilə görüşüblər

0
Bu gün İctimai Palatanın Koordinasiya Şurası tərəfindən hüquq-mühafizə orqanları ilə danışıq aparılması məqsədilə yaradılan nümayəndə heyətinin üzvləri Vidadi Mirkamal və Vaqif Hacıbəyli Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) qurumun rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidovla görüşüblər.


APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərə məlumat verən V. Mirkamal deyib ki, aprelin 2-də İctimai Palatanın keçirdiyi aksiyada baş verən polis zorakılığın araşdırılması və saxlanılanlarla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edilib. Lakin, müzakirələr şəhər hüquq-mühafizə orqanlarının rəhbərləri səviyyəsində aparılıb. V. Mirkamal bildirib ki, görüşdə aksiya zamanı baş verən neqativ hallar, polis zorakılığı haqda faktların araşdırılması, o cümlədən tutulan şəxslərin azadlığa buraxılması hüquq-mühafizə orqanlarının rəhbərlərinin diqqətinə çatdırılıb: “Bununla bağlı səmimi müzakirə aparılıb. Biz də, onlar da bu faktların hüquqi müstəvidə həllinin tərəfdarı olduğumuzu bildirdik. Qarşı tərəf hesab edir ki, polis öz vəzifə borcunu yerinə yetirib”.


Görüşdə işgəncə faktları barəsində də BŞBPİ-nin rəisinə və şəhər prokuroruna məlumat verildiyini də deyən V. Mirkamal bildirib ki, şikayətlərin yazılı şəkildə təqdim olunmasını istəyiblər: “Əlimizdə olan faktlar Rafiq Abbasova və Əziz Seyidova təqdim olundu. Sonda qərara gəlindi ki, İctimai Palatanın hüquq-mühafizə orqanları ilə danışıq aparılması məqsədilə yaradılan nümayəndə heyəti ilə hüquq-mühafizə orqanları arasında m
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar