“Azərbaycan Dəmir Yolları”nın şöbə rəisi qətlə yetirilib
0
0
Aprelin 1-də Bakıda inkin düşmüş Azərbaycan Dəmir Yolları QSC-nin şöbə rəisi Reyhan İsgəndərlinin meyiti tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Axtarış İdarəsi və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, itkin düşmüş kimi qeydə alınmış 1980-ci il təvəllüdlü Reyhan İsgəndərlini Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Gəncə Cəfərov və İlqar İbrahimov qətlə yetirib, meyiti isə Xızı rayonunun Altıağac qəsəbəsində basdırılıb.
Hadisədə şübhəli bilinənlər G.Cəfərov və İ.İbrahimov yaxalanıb.
Nizam RZA
Hadisədə şübhəli bilinənlər G.Cəfərov və İ.İbrahimov yaxalanıb.
Nizam RZA
0
0