Ölkədə 985 piyada məsuliyyətə cəlb edilib
10 may 2011 11:26 (UTC +04:00)

Ölkədə 985 piyada məsuliyyətə cəlb edilib

0
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həftəlik ərzində piyadaların vurulması ilə bağlı baş vermiş 25 yol-nəqliyyat hadisəsi zamanı 6 nəfər ölüb, 21 nəfər yaralanıb.

Məlumata görə, 1 piyadanın ölümü, 13-ün yaralanması ilə nəticələnən qəzalardan 12-si paytaxtda, 5 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən 13 yol-nəqliyyat hadisəsi isə respublika rayonlarında qeydə alınıb. Tədbir ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 985 piyada inzibati məsuliyyətə cəlb edilib.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 505

Oxşar yazılar