Günün tarixi
11 may 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
330. Konstantinopol (indiki İstanbul) Roma imperiyasının paytaxtı elan edilib

1712. Tula Silah Zavodunun (TOZ) təməli qoyulub

1860. Cüzeppe Haribaldinin min nəfərlik dəstəsi Sicilya adasına gəlib

1867. Lüksemburq müstəqilliyini elan edib

1904. İspan rəssam Salvador Dali anadan olub

1906. “Bakinski raboçi” qəzeti nəşrə başlayıb

1911. Nəriman Nərimanovun “Nadir şah” pyesi Naxçıvanda general Hüseyn xan Naxçıvanskinin evində tamaşaya qoyulub

1915. Heykəltəraş Fuad Əbdürrəhmanov anadan olub

1916. Malazgirddə (Türkiyə) ermənilər iki min nəfəri qətlə yetirib

1920. Qaryagin qəzasında (indiki Füzuli) inqilab komitəsi təşkil edilib

1920. Qızıl ordu hissələri Zaqatalaya daxil olub

1929. Zaqafqaziya Sovetlərinin I qurultayı başa çatıb

1935. Rejissor Maqsud İbrahimbəyov anadan olub

1937. RSFSR-in Konstitusiyası qəbul edilib

1938. Atatürk bütün daşınmaz əmlakını dövlətə bağışlayıb

1939. Mancuriya ərazisində Xalxın Qol konflikti baş qaldırıb

1979. Memar Şəfiqə Zeynalova vəfat edib.

Günün aforizmi

“Ürəyi geniş olana bütün dünya qohum-qardaşdır”

Hind məsəli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 547

Oxşar yazılar